XƏBƏRLƏR / Münaqişə

Ermənilərin kəşfiyyat cəhdinin qarşısı alınıb

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib

Ermənilərin kəşfiyyat cəhdinin qarşısı alınıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Oktyabrın 8-i saat 12:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus kvadrakopter Azərbaycan Ordusunun Kəlbəcər rayonu Qılınclı dağı istiqamətində yerləşən bölmələrinin müdafiə mövqeləri üzərində kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd göstərib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bölmələrimiz tərəfindən aşkar olunan kvadrakopter xüsusi texniki vasitələrlə zərərsizləşdirilib.