General Milli: İrana etdiyimiz xəbərdarlıq olduqca vacibdir
ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milli bunu Senatın dinləmələrində deyib
“İrana edilən xəbərdarlığı kritikdir... Biz dəqiq bilirik ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələri və xüsusən də terror təşkilatı kimi tanınan Qüds Qüvvələri (SEPAH xüsusi təyinatlıları Niru-ye Qods) sərt hədəfə almalı olduğumuz qrupdur. Biz məhz bunu etməyi planlaşdırırıq, "- deyə ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milli Senatın Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə Suriyanın şərqində və şimal-şərqində hərbi və iranpərəst silahlı birləşmələr və ABŞ arasında son qarşıdurmalarla bağlı sualı cavablandırarkən bildirib.