XƏBƏRLƏR / Münaqişə

ABŞ-ın İrana hücumu ilə bağlı BMT TŞ-nın iclası keçiriləcək

İclas Rusiya və Çin də daxil olmaqla bir neçə ölkənin təşəbbüsü ilə toplaşır YENİLƏNİB

ABŞ-ın İrana hücumu ilə bağlı BMT TŞ-nın iclası keçiriləcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 20:55

    “RİA Novosti” xəbər verir ki, Rusiya, Çin və Pakistan ABŞ-ın İrana hücumunu pisləyən qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasının üzvləri arasında yayıb.

    Qətnamə layihəsində onlar dərhal atəşkəs tələb edir və həmçinin sanksiyaların ləğvi müqabilində İranın dinc nüvə proqramına zəmanət verməyi təklif edirlər.

    Qətnamənin mətnində ABŞ və ya İsrailin konkret adı çəkilməsə də, İranın nüvə obyektlərinə edilən hücumları pisləmək də tələb olunur.

    ***

    18:48

    İsrailin BMT yanında daimi nümayəndəliyi iddia edir ki, ABŞ-ın İrana hücumu ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclası bazar günü Rusiya və Çin də daxil olmaqla bir neçə ölkənin təşəbbüsü ilə keçiriləcək və bununla bağlı qətnamə hazırlanır.

    İyun ayında BMT Təhlükəsizlik Şurasına sədrlik edən BMT-dəki Qayana missiyasının əvvəlcədən bildirdiyi kimi, ABŞ-ın İrana hücumu ilə bağlı iclas Bakı vaxtı ilə saat 23:00-a təyin edilib.

    “İclas (BMT Təhlükəsizlik Şurasının - red.) ABŞ və İsraili pisləyən qətnamə layihəsini irəli sürən Rusiya və Çin də daxil olmaqla bir neçə ölkənin təşəbbüsü ilə keçiriləcək”, - İsrail missiyasının bəyanatında deyilir.