Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya nümayəndələri görüşür?
Bu barədə “Sky News“ telekanalının müxbiri Salli Lokvud məlumat verib YENİLƏNİB
17:31
Rusiya Prezidentinin Mətbuat Katibi Dmitri Peskov, Rusiya, ABŞ və Ukrayna arasında qeyri-rəsmi görüşlərin hazırda Əbu-Dabidə keçirildiyinə dair mediada yayılan məlumatları təsdiqləməkdən imtina etdi.
Peskov məsələ ilə bağlı suala cavab olaraq bildirib: "Xeyr, məndə bu məlumat yoxdur, bilmirəm".

***
15:53
Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqlar başlayıb.
Bu barədə “Sky News“ telekanalı məlumat verib.
Bu, müharibə başlayandan bəri Ukrayna, ABŞ və Rusiya arasında ilk birbaşa üçtərəfli sülh danışıqlarıdır.
"Corriere della Sera" qəzetinin məlumatına görə, danışıqlar qruplarının görüşü zamanı gələcək sülh müqaviləsi üçün potensial əsas hesab edilən dörd sənəd təqdim olunacaq.
Onlardan biri Ukrayna Silahlı Qüvvələrinin Donbasdan tamamilə çıxarılması və Ukrayna üçün 800 milyard dollarlıq yenidənqurma proqramının başlanması nəzərdə tutur.
Başqa bir sənəddə Ukraynaya Amerika təhlükəsizlik zəmanətlərinin verilməsi, eləcə də Ukrayna ərazisində yerləşdirilə biləcək Avropa qoşunlarının yerləşdirilməsi ilə bağlı müddəalar var.
Eyni zamanda, "ardıcıl ssenari" də mövcuddur ki, ona əsasən, ilk şərt Ukraynanın Donbasdan çıxarılması və ardınca digər razılaşmalar olacaq.
1 dəqiqə