XƏBƏRLƏR / Münaqişə

Türkiyə İranla sərhəddə "miqrasiya buferi" yaradır

Məlumat Xarici İşlər Komitəsinin üzvləri üçün keçirilən qapalı brifinqdə səslənib

Türkiyə İranla sərhəddə "miqrasiya buferi" yaradır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyə İranla sərhəddə "miqrasiya buferi" yaradır və istənilən ssenariyə hazırlaşır.

    Türkiyə liderləri rəsmi olaraq İranla sərhəddə bufer zonası yaratmaq planlarını açıqlayıblar. Məqsəd qonşu ölkədə qeyri-sabitlik baş verərsə, genişmiqyaslı miqrasiya böhranının təkrarlanmasının qarşısını almaqdır.

    Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri parlamentin Xarici İşlər Komitəsinin üzvləri üçün keçirilən qapalı brifinqdə bildiriblər. Ankaradan gələn əsas mesaj budur ki, İranın daxili işlərinə hər hansı bir xarici müdaxilə qaçılmaz olaraq yeni qaçqın dalğasına səbəb olacaq və Türkiyə buna hazır olmalıdır.

    "Türkiyə olaraq,  biz də A, B və C planlarımıza uyğun olaraq istənilən vəziyyətə hazırlaşırıq. Miqrasiya halında gələnlərin İran tərəfində qalmasına imkan verəcək bir bufer zonası yaratmaq lazım olduğuna inanırıq", - deyə parlament üzvləri bildiriblər. İdeya birbaşa İran ərazisində insanların İrandan çıxmadan yardım ala biləcəyi bir növ "gözləmə zonası" yaratmaqdır.

    (Türkiyə Gazetesi)