XƏBƏRLƏR / Münaqişə

ABŞ müdafiə naziri Heqset İrana xəbərdarlıq edib

Xəbərdarlıq Tehranın husilərə verdiyi dəstəklə bağlıdır

ABŞ müdafiə naziri Heqset İrana xəbərdarlıq edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ müdafiə naziri Pit Heqset İrana ciddi xəbərdarlıq edib.

    Heqsetin İrana ünvanladığı mesajda deyilir:

    "Husilərə ÖLÜMÇÜL dəstəyinizi görürük. Nə etdiyinizi dəqiq bilirik.

    Siz ABŞ ordusunun nəyə qadir olduğunu yaxşı bilirsiniz - və sizə xəbərdarlıq edilib. Seçdiyimiz vaxt və məkanda NƏTİCƏLƏRİ çəkəcəksiniz".