XƏBƏRLƏR / Münaqişə

İrandan neft alan ölkə dərhal sanksiyalara məruz qalacaq

D.Tramp bu barədə "Truth Social" hesabında paylaşım edib

İrandan neft alan ölkə dərhal sanksiyalara məruz qalacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Prezidenti Donald Tramp İran neftinin və neft-kimya məhsullarının alqı-satqısının dərhal dayandırılması çağırışı ilə çıxış edib.

    Ağ Ev rəhbəri bu barədə "Truth Social" hesabında paylaşım edib.

    “İranın nefti və neft-kimya məhsullarının bütün alqı-satqısı dərhal dayandırılmalıdır! Hər hansı bir ölkə və ya şəxs İrandan istənilən miqdarda neft və ya neft-kimya məhsulu alarsa, dərhal ikinci dərəcəli sanksiyalara məruz qalacaq”, – Tramp bildirib.