Gələn həftə BƏƏ-də danışıqlar davam etdiriləcək
Bunu Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff deyib
Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff gələn həftə Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların yeni mərhələsinin keçirilməsi planlarını təsdiqləyib.
O, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Uitkoff bildirib ki, “cümə və şənbə günləri ABŞ, Ukrayna və Rusiya nümayəndələrinin iştirakı ilə BƏƏ-nin ev sahibliyi etdiyi üçtərəfli görüş keçirilib. Danışıqlar çox konstruktiv mühitdə baş tutub və müzakirələrin gələn həftə Əbu-Dabidə davam etdirilməsi planlaşdırılır”.
O əlavə edib ki, Tramp administrasiyası münaqişəyə son qoymaqda qətiyyətlidir.
1 dəqiqədən az