XƏBƏRLƏR / Münaqişə

Əbu-Dabidə Ukrayna, ABŞ, Rusiya danışıqlarının II günü

YENİLƏNİR

Əbu-Dabidə Ukrayna, ABŞ, Rusiya danışıqlarının II günü
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 16:43

    Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında üçtərəfli danışıqlar başa çatıb.

    Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

    ***

    13:55


    Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqların ikinci günü başlayıb.

    Bu barədə TASS öz mənbəyinə istinadən məlumat yayıb.

    Məlumata görə, görüşlər müxtəlif formatlarda keçirilir.

    "Associated Press" agentliyinə danışan mənbənin sözlərinə görə, danışıqlar prosesində format tez-tez dəyişir.

    “Bəzən iştirakçılar hansısa məsələləri ayrıca müzakirə etmək üçün kənara çəkilirlər, bəzən hamı bir araya gəlir, bəzən isə bir neçə qrup mövzular üzrə bölünür”, - mənbə bildirib.

    Bildirilir ki, qapalı keçirilən danışıqların birinci günündə əsas müzakirə mövzuları arasında bufer zonaların yaradılması və müxtəlif nəzarət mexanizmləri yer alıb.

    Danışıqlar neytral vasitəçi və ev sahibi kimi çıxış edən Birləşmiş Ərəb Əmirliklərinin paytaxtındakı sarayda müxtəlif formatlarda keçirilir. Məsləhətləşmələrdən əvvəl nümayəndə heyətlərini BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan qəbul edib.

    Rusiya nümayəndə heyətinə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş idarəsinin rəisi admiral İqor Kostyukov, Ukrayna nümayəndə heyətinə isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov rəhbərlik edirlər.