
Kolumbiyanın hərbçiləri ölkənin cənub-qərbindəki Micay Kanyonu bölgəsində mülki şəxslər tərəfindən 57 əsgərin qaçırıldığını bildirib.
Bu barədə BBC xəbər verib.
Bildirilir ki, 31 əsgər şənbə günü, qalanları isə bazar günü 200-dən çox adamdan ibarət qrup tərəfindən oğurlanıb.
Hərbçilər mülki şəxslərin 2016-cı ildə hökumətlə sülh sazişi imzalayan "Farc" üsyançı qruplaşmasının müxaliflərinin təzyiqi altında hərəkət etdiyini bildirir.
Dağlıq bölgə kokain istehsalı üçün əsas zonadır və ölkənin üsyançı qruplarla davam edən münaqişəsində ən gərgin bölgələrdən biri olaraq qalır.