Netanyahu İran xalqını ilaxır çərşənbə günü təbrik etdi
"Hamınız üçün azadlıq ili və yeni bir ümid başlanğıcı olan xoşbəxt Novruz arzulayıram"
İsrail Baş naziri Benyamin Netanyahu İran xalqını Novruz bayramı münasibətilə təbrik edən video yayımladı:
"Cəsur İran xalqı,
Hər il olduğu kimi, sizə də İşıqlar Bayramı ilə başlayan xoş bir bayram mövsümü arzulayıram.
Bu, İran xalqının əsrlər boyu işığın qaranlığa, xeyirin isə şərə qalib gələcəyinə olan inamını simvolizə edir. Bu il bu bayram xüsusi əhəmiyyət kəsb edir. Bunu dostlarınız, ailəniz və yaxınlarınızla qeyd edin.
Fürsətdən istifadə edərək, hamınız üçün azadlıq ili və yeni bir ümid başlanğıcı olan xoşbəxt Novruz arzulayıram, əziz dostlarım."
1 dəqiqədən az