Makron Yeni Kaledoniyada geri çəkilməyə məcbur oldu
İğtişaşlara səbəb olan seçki ıslahatı dayandırıldı
Fransa Prezidenti Emanuel Makron Yeni Kaledoniya ərazisində vətəndaş iğtişaşlarına və təhlükəsizlik qüvvələri ilə faktiki döyüşlərə səbəb olan planlaşdırdığı seçki islahatını dayandırıb.
Qeyd edək ki, islahatlara əsasən əraziyə son on ildə köçürülən yad mühacirlərə seçkilərdə səs vermə hüququ verilməliydi. Hal hazırda Yeni Kaledoniyanın yerli avtoxton əhalisi 40 faiz təşkil edir.