XƏBƏRLƏR / Münaqişə

HƏMAS Qəzzada daimi atəşkəs tələb edir

Bu, girovların azad edilməsi ilə bağlı sazişin bağlanmasına əsas şərtdir

HƏMAS Qəzzada daimi atəşkəs tələb edir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Girovların azad edilməsi ilə bağlı sazişin bağlanmasına əsas maneə Fələstinin radikal HƏMAS hərəkatının tam və daimi atəşkəs tələbidir.

    Bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

    Nəşrin həmsöhbətlərindən ikisi qeyd edib ki, HƏMAS İsrail hakimiyyətindən atəşkəs zəmanəti verməsini tələb edir. Eyni zamanda, İsrail tərəfi təklif olunan sazişin birinci mərhələsində cəmi altı həftəlik atəşkəs təklif edib. Bu müddət ərzində İsrail və Həmas daimi atəşkəsin daxil olacağı ikinci mərhələnin şərtlərini razılaşdırmalıdırlar.

    İsrailin təklifi danışıqları davam etdirmək üçün altı həftəlik atəşkəsin uzadılmasını mümkün etsə də, HƏMAS qorxur ki, müvəqqəti məhdudiyyət İsrail tərəfinə hərbi əməliyyatları bərpa etmək və razılaşmanı pozmaq üçün bəhanə tapmağa imkan verəcək.

    Bundan əvvəl HƏMAS ABŞ-ın Qəzzada atəşkəs planının onlara uyğun olduğunu təsdiqləyib.