Rusiya Kiyevdəki üç körpüyə zərbə endirdi FOTO
Bu barədə Kiyev meri Vitali Kliçko bildirib
Putinin Krım körpüsünün dağıdılmasına "ağrılı cavab" verdiyi sözlərdən sonra Rusiya Kiyevdəki üç körpüyə zərbə endirib.

Mer Vitali Kliçko bildirib ki, Rusiya qüvvələri 20 noyabr gecəsi Kiyevə ballistik raketlərlə hücum edib. Onun sözlərinə görə, atəş nəticəsində üç nəfər ölüb, 15 nəfər yaralanıb, onlardan yeddisi xəstəxanaya yerləşdirilib.
Zərbə əsasən Dnepr çayı üzərindəki üç körpünü hədəf alıb: Podilsko-Voskresenski, Darnitski və Yujnı. Birinci körpüdə nəqliyyatın hərəkəti bağlanıb, digərlərində isə məhdudlaşdırılıb. "Paytaxtın sol və sağ sahilləri arasında mürəkkəb nəqliyyat səbəbindən sakinləri mütləq zərurət olmadığı təqdirdə şəxsi nəqliyyat vasitələrini sürməməyə çağırıram", Kliçko yazıb. Həmçinin bildirilib ki, Rusiyanın kütləvi hücumu səbəbindən Kiyevin bir hissəsi elektriksiz qalıb.
1 dəqiqə