BQXK “Le Monde” qəzetinə ikibaşlı cavab verdi
Beynəlxalq Qırmızı Xaç Komitəsi ona məxsus nəqliyyat vasitəsində “icazəsiz mal tapılmadığını” deyib
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) “Le Monde” qəzetinin məlumatını dərhal təkzib edərək ona məxsus nəqliyyat vasitəsində “icazəsiz mal tapılmadığını” bildirib. Bununla belə, Cenevrədə yerləşən təşkilat əlavə edib ki, “təəssüf ki, işə götürülən dörd sürücü [onun] xəbəri olmadan müvəqqəti olaraq BQXK-nın emblemi olan öz avtomobillərində kommersiya mallarını daşımağa cəhd ediblər”. Təşkilat “həmin şəxslərin BQXK-nın işçiləri olmadığını və onların xidmət müqavilələrinə dərhal xitam verildiyini” açıqlayıb.
Bu fikirləri Fransanın “Le Monde” qəzeti onun Bakının Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan bölməsinin "qaçaqmalçılıq" fəaliyyəti əsasında Laçın dəhlizində nəqliyyatın hərəkətini dayandırması ilə bağlı BQXK-ya müraciətinin cavabı kimi dərc edib.
Xatırladaq ki, “Le Monde” Ermənistanı Azərbaycan ərazisindəki separatçılarla birləşdirən yeganə quru yolun Azərbaycan tərəfindən bağlanması ilə bağlı məqalə yayımlayıb. Məqalədə bildirilir ki, BQXK-nın Ermənistan bölməsinə məxsus avtomobillərin nəzarət-buraxılış məntəqəsindən “çoxsaylı qaçaqmalçılıq cəhdləri”nə görə Azərbaycan bu addımı atıb. Ancaq “Le Monde” bu qaçaqamalçılıq cəhdlərini əks etdirən videonu təəssüf ki, yayımlamayıb.
Nədənsə, həmişə xəbərlərinin “obyektivliyinə” cəhd edən “Le Monde” BQXK ilə müqavilə bağlayan bu işçiləri niyə özününkü hesab etmədiyini aydınlaşdırmayıb. Əgər onların müqaviləsi varsa, deməli BQXK buna görə məsuliyyət daşıyır. Həmçinin “Le Monde” həmin şəxslərin avtomobillərinin “müvəqqəti BQXK emblemini” necə daşıya bilməsini də aydınlaşdırmağı unudub. Humanitar xarakterli hesab edilən bu beynəlxalq təşkilatın ən həssas nöqtələrdə belə kobud səhvlərə yol verməsi isə bağışlanmazdır.