Polşada naməlum təyyarənin qalıqları aşkar edilib
Bu barədə Polşa mediası xəbər verir
Polşa mediasının məlumatına görə, təcili yardım xidmətləri Polşanın Lyublin voyevodalığında naməlum təyyarənin qalıqlarını aşkar edib və yanğınsöndürmə işləri davam edir.
Qalıqlar Belqoraj qraflığının Novi Lipovets kəndi yaxınlığında aşkar edilib.
RMF FM-in məlumatına görə, Podkarpatski voyevodalığının Lyubçev qraflığında da güclü partlayış səsi eşidilib, səmada partlayış və evlərin titrəməsi müşahidə edilib.
1 dəqiqədən az