İsrail XİN bəzi ölkələrdəki vətəndaşlarına xəbərdarlıq edib
Azərbaycan, Türkiyə, Ermənistan və Türkmənistanda olan vətəndaşlar İranın təhdidlərinə qarşı diqqətli olmalıdır
İsrail Xarici İşlər Nazirliyi Azərbaycan, Türkiyə, Ermənistan və Türkmənistandakı vətəndaşlarına xəbərdarlıq edib.
Nazirliyin saytında yerləşdirilən müraciətdə onlara İrandan gələ biləcək təhdidlərə qarşı diqqətli və ehtiyatlı olmaları barədə xəbərdarlıq edilib.
Təhlükə həm İsrail vətəndaşlarına, həm də dövlət rəmzlərinə qarşı yönələ bilər.