XƏBƏRLƏR / Münaqişə

Zelenski cəbhə xətti boyunca savaşın dondurulmasına hazirdır

Bu barədə Ukrayna Prezidenti" Fox News" televiziyasının aparıcısının sualının cavabında bəyan edib

Zelenski cəbhə xətti boyunca savaşın dondurulmasına hazirdır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ukrayna Prezidenti Volodimir Zelenski hazırkı cəbhə xətti boyunca münaqişənin dondurulması ilə sülh sazişinə razılıq verib.

    "Fox News" jurnalisti Ukrayna Prezidentindən "ölkə ərazisinin 75% və ya daha çoxunun Kiyevin nəzarətində qalacağı şərti ilə sazişi qəbul etməyə hazırsınızmı" sualını verib.

    "Bəli" deyə Zelenski cavab verib.

    "Bəli. Əgər [cəbhə xəttini – ANSPress] indi dondursaq, bu, müharibəni bitirmək üçün real fürsətdir", - deyə o bildirib.

    Eyni zamanda, Zelenski Rusiya qoşunları tərəfindən  de-fakto olaraq nəzarət edilən ərazilərdən başqa heç bir əlavə ərazini Rusiyaya təhvil verməyə hazır olduğunu bildirməyib.

    Buna görə də, məsələ torpaqların təhvil veriləsi ilə bağlı deyil, əsasən cəbhə xəttinin hazırkı vəziyyətinin dondurulması ilə bağlıdır.