XƏBƏRLƏR / Münaqişə

İsrailin İran konsulluğuna hücumu cavabsız qalmayacaq

Bu barədə İran Prezidenti İbrahim Rəisi deyib

İsrailin İran konsulluğuna hücumu cavabsız qalmayacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrailin Dəməşqdəki İran konsulluğunun binasına hücumu cavabsız qalmayacaq.

    Bu barədə İran Prezidenti İbrahim Rəisinin İsrailin İranın Dəməşqdəki konsulluğuna hücumu ilə bağlı bəyanatında deyilir.

    "İsrailin İran İslam Respublikasının Dəməşqdəki konsulluğuna raket hücumu nəticəsində briqada generalları Məhəmməd Rza Zahedi, Məhəmməd Hadi Hacı Rəhimi və digər 5 SEPAH üzvü həlak olub", - İran Prezidenti qeyd edib.

    İbrahim Rəisi bildirib ki, İsrail bu cür hərəkətlərlə heç vaxt öz məqsədlərinə nail olmayacaq və bu cinayət cavabsız qalmayacaq.