Netanyahu: Biz səkkizayaqlı ilbizin başını kəsməliyik
Bunu İsrailin Baş naziri İran rejimi haqda deyib
İsrailin Baş naziri Netanyahu bir dərs zamanı lövhədə səkkizayaqlı ilbiz çəkərək onun İran İslam Respublikasını təmsil etdiyini bildirib. İlbizin qollarını isə HƏMAS, Hizbullah, Haşdi-Şəabi və husilərlə əlaqələndirib.
O bildirib ki, qolları kəsmək əvəzinə, birbaşa başı — İran İslam Respublikasını hədəf almaq lazımdır.
"Biz işi başa çatdırmalıyıq", - deyə hökumət başçısı vurğulayıb. "Bunu başa çatdırmaq İrandakı terrorçu rejimi devirmək deməkdir - bu, ilbizin zəhərli başıdır. Onu kəssəniz, qalan hər şey dağılacaq. Livanla da sülhümüz bərqərar olacaq".
Baş nazir izah etib ki, hətta zəifləmiş İran rejimi belə nüvə proqramını və Yaxın Şərqdəki keçmiş müttəfiq silahlı qruplar şəbəkəsini bərpa etməyə çalışmağa davam edəcək. O, inanır ki, bunun qarşısını yalnız İslam Respublikası hökumətini devirməklə almaq olar.
1 dəqiqə