XƏBƏRLƏR / Münaqişə

Ukrayna və ABŞ müzakirələri İsveçrədə keçiriləcək

Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov məlumat verib

Ukrayna və ABŞ müzakirələri İsveçrədə keçiriləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ukrayna və ABŞ arasında sülh müqaviləsi üzrə məsləhətləşmələr yaxın bir neçə gün ərzində İsveçrədə keçiriləcək. Obozrevatel-ə istinadən Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov bildirib ki, danışıqlarda hər iki tərəfdən yüksək vəzifəli şəxslər iştirak edəcək.

    Bu arada, prezidentin rəsmi saytında ədalətli və davamlı sülhə nail olmaq üçün ABŞ və digər beynəlxalq tərəfdaşlarla, eləcə də Rusiya Federasiyasının nümayəndələri ilə danışıqlar prosesində iştirak edəcək Ukrayna nümayəndə heyətinin tərkibi dərc edilib.

    Sülh müqaviləsi danışıqlarında Ukrayna nümayəndə heyətinə Zelenskinin ofisinin rəhbəri Andrey Yermak rəhbərlik edəcək.