İranın Ali Rəhbəri Xamenei öldürülüb
Bu barədə İran dövlət televiziyası elan edib
06:10
İran dövlət televiziyasının məlumatına görə,ayatolla Əli Xamenei 28 fevral səhəri öz iqamətgahında sui-qəsd nəticəsində öldürülüb.

Ölkə prezidenti Məsud Pezeşkian bildirib ki, İslam Respublikasının Ali Liderinə qarşı sui-qəsd "cavabsız qalmayacaq".
İran hakimiyyəti qətlə yetirilmiş Ali Rəhbər Əli Xameneinin xatirəsinə 40 günlük matəm elan edib. Bu barədə IRNA məlumat yayıb.
Dövlət televiziyasının məlumatına görə, növbəti yeddi gün qətlə yetirilmiş Ali Rəhbər Əli Xameneinin xatirəsinə matəm günü kimi qeyri-iş günü elan edilib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, İranın Ali Liderinin ailəsinin dörd üzvü, o cümlədən qızı və nəvəsi İsrail və ABŞ-ın hücumlarında həlak olub.
Xamneyinin ofisi həmçinin onun qohumlarının - oğlu Seyid Müctəba Xameneyinin və həyat yoldaşı Zöhrə Həddad-Adelin ölümünü təsdiqləyib.
IRNA-nın məlumatına görə, İran prezidenti, məhkəmə sisteminin rəhbəri və Konstitusiya Keşikçiləri Şurasının üzvü ölkə liderinin ölümündən sonra müvəqqəti olaraq ölkəyə rəhbərlik edəcəklər.
***
00:35
ranın Tasnim xəbər agentliyi Ali Rəhbər Xameneinin ölümünü təkzib edərək, onun artıq döyüş meydanındakı vəziyyəti inamla idarə etdiyini bildirib.
***
İsrail Xameneinin meyitinin şəklini əldə edib və rəsmi açıqlama hazırlanır.
Bu barədə CNN məlumat yayıb.
Ancaq İran Xameneinin "təhlükəsiz və sağlam" olduğunu bildirir.
Öz növbəsində “Reuters“ agentliyi İsrail rəsmisinə istinadən yazır ki, İranın Ali Rəhbəri Əli Xameneinin cəsədi tapılıb və onun öldüyü təsdiqlənib.
1 dəqiqə