XƏBƏRLƏR / Münaqişə

Azərbaycan İranla bağlı tərəfləri təmkinli olmağa çağırıb

Xarici İşlər Nazirliyinin bəyanatı

Azərbaycan İranla bağlı tərəfləri təmkinli olmağa çağırıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xarici İşlər Nazirliyinin regional hərbi eskalasiyaya dair bəyanat yayıb. 

    Bəyanatda deyilir:

    Regionda və qlobal səviyyədə təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradan hərbi eskalasiya dərin narahatlıq doğurur. 


    Qəti şəkildə, bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə, gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və danışıqlar masasına qayıtmağa çağırırıq.


    Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsiplərinə uyğun olaraq bütün dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmət edilməsinin vacibliyini vurğulayırıq.