Azərbaycan Ermənistanla danışıqlarda irəliləyiş gözləyir
Bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Vaşinqtonda bildirib
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov bildirib ki, Bakı yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında danışıqlar prosesində irəliləyiş gözləyir.
"Biz inanmaq istərdik ki, çox yaxında dayandırılmış sülh prosesi bərpa olunacaq və yaxın günlərdə bununla bağlı müəyyən irəliləyiş gözləyirik", - Əmirbekov bildirib.
Bu barədə, qərargahı Vaşinqtonda yerləşən beyin mərkəzi olan Hudson İnstitutunun baş elmi işçisi Maykl Doranın təşkil etdiyi müzakirə zamanı deyib.
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ümidvar olduğunu bildirib ki, “tezliklə bu məsələ ilə bağlı yaxşı xəbərlərimiz olacaq”.