İran "Gerald Ford" təyyarədaşıyanına ciddi xəsarət yetirib
Bu barədə CNN eksklüziv məlumat əldə edib
CNN-in yaydığı görüntülərdə dünyanın ən böyük təyyarədaşıyan gəmisi olan "USS Gerald R. Ford"-da baş verən yanğının, gəminin ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarını dəstəklədiyi müddətdə əvvəllər açıqlanandan xeyli çox ziyana səbəb olduğu göstərilir.

Televiziya kanalının məlumatına görə, gəmidə baş verən yanğın çox böyük olub: dənizçilərin yaşayış yerləri tamamilə məhv olub, elektrik sistemləri zədələnib və ayrı-ayrı bölmələr ciddi şəkildə zədələnib.
Televiziya kanalı qeyd edir ki, təyyarədaşıyan gəminin dənizə qayıtması üçün ən azı bir il çəkə biləcək genişmiqyaslı təmir işləri aparılacaq.
1 dəqiqədən az