
İran İsrail kəşfiyyat xidməti “Mossad”a casusluqda ittiham olunan İsmayıl Fəxrini edam edib.
İsrailin xeyrinə kəşfiyyat və casusluq fəaliyyəti həyata keçirməklə “yer üzündə fitnə-fəsad törətmək” və “silahlı üsyana bənzər cinayətlər” ittihamı ilə mühakimə olunan şəxs bu gün səhər saatlarında cinayət mühakiməsi prosesi başa çatdıqdan və Ali Məhkəmənin təsdiqindən sonra edam cəzasına məhkum edilib.