Belarus vətəndaşları İrandan Astaraya təxliyə olunub
Azərbaycandan İranda olan vətəndaşlarının təxliyəsinə yardım göstərilməsini xahiş olunub YENİLƏNİB

19:35
“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində növbəti təxliyə prosesi uğurla başa çatdırılıb.
Bu dəfə təxliyə olunanlar Belarus Respublikasının vətəndaşlarıdır.
Təxliyə olunan şəxslər əvvəlcədən müəyyən olunmuş sənəd və qayda tələblərinə uyğun şəkildə sərhəd yoxlamasından keçiblər. Yoxlamalardan sonra onların ölkə ərazisində təhlükəsiz hərəkəti üçün müvafiq nəqliyyat vasitələri ayrılıb və qrup paytaxt Bakı istiqamətində yola salınıb.
Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmalarına yardım göstərilməsini xahiş edib.
***
14:36
Astara Dövlət Sərhədindən Buraxılış Məntəqəsindən növbəti xarici ölkə vətəndaşlarının təxliyəsi həyata keçirilib.
Bu gün günorta saatlarında Astara Dövlət Sərhədindən Buraxılış məntəqəsindən növbəti xarici ölkə vətəndaşları təxliyə olunublar. 10 nəfərdən ibarət qrup əsasən Tacikistan vətəndaşları olub.
Qeyd edək ki, bir sıra xarici dövlətlər Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşlarının təxliyəsinə yardım göstərilməsini xahiş edib.
Azərbaycan dövləti isə humanitar prinsipləri rəhbər tutaraq bu şəxslərin ölkəmiz ərazisindən təhlükəsiz keçidi üçün bütün zəruri şəraiti yaradıb.