XƏBƏRLƏR / Münaqişə

İranla danışıqlar müsbət olmasa İsrail hərbi yola əl atacaq

Bunu İsrailin xarici işlər naziri Gideon Saar “Al Arabiyya” telekanalına müsahibədə deyib

İranla danışıqlar müsbət olmasa İsrail hərbi yola əl atacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ-ın İranla danışıqları müsbət nəticə verməsə, İsrail hərbi variantı nəzərdən keçirəcək.

    Bunu İsrailin xarici işlər naziri Gideon Saar “Al Arabiyya” telekanalına müsahibədə deyib.

    XİN rəhbərinin sözlərinə görə, ABŞ-ın apardığı danışıqlar nəticə verməsə, İrana qarşı hərbi variant nəzərdən keçiriləcək.

    O qeyd edib ki, İsrail ordusu “Hizbullah”ın hücumlarına lazım bildiyi qədər cavab verəcək.

    “Livanda hökumətin və ordunun avtoriteti tam bərqərar olduqdan sonra oranı tərk edəcəyik”, - nazir əlavə edib.