XƏBƏRLƏR / Münaqişə

Paşinyan müxalifətə güzəştə gedir?

Ermənistanın siyasi həyatında gərginlik artır

Paşinyan müxalifətə güzəştə gedir?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu keşiş Baqratın başçılıq etdiyi müxalifət hərəkatı etiraraz aksiyalarını davam etdirib. Kütlə Xarici İşlər Naziriliyininə hücum etməyə cəhd edib. Lakin polis həmlənin qarşısını alaraq 26 nəfəri həbs edib.

    Bu arada İrəvanın Ümumi Yurisdiksiyası üzrə Cinayət Məhkəməsi Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan, Barseq Beqlaryan və Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin keçmiş rəhbərinin işi üzrə bəraət hökmü çıxarılıb.

     Sonuncu barəsində qabaqlayıcı tədbirlər ləğv edilib, mülki iddia isə rədd edilib.

    Xatırladaq ki, ittiham aktına əsasən, Serj Sarkisyanın təşkilatçılığı və Barseq Beqlaryanın təhriki ilə Samvel Qalstyan və Gevorq Arutyunyanın köməyi ilə Serqo Karapetyan ER hökumətinin ehtiyat fondundan külli miqdarda - 489 milyon 160 min 310 dram (2 milyon 146 min 659 AZN) vəsait xərcləyib. Sözü gedən vəsait 2013-cü il yanvarın 25-dən fevralın 7-dək dövlət dəstəyi proqramları çərçivəsində dizel yanacağı üçün ayrılıb.

    Xarici İşlər Nazirliyinin qabağındakı qarşıdurmanın gərgin vaxtında xəbər gəlir ki, Rusiyanın 1-ci telekanalının Ermənistanda yayımı bərpa edilib. Bundan öncə telekanalın 2 ay yarım borcu olduğuna görə yayımı dayandırılmışdır.

    Sarkisyana bəraət və Rusiya telekanalının yayımının bərpa edilməsi xəbərlərindən sonra XİN qarşısında gərginlik səngiyib və keşiş Baqrat kütləni onun müvəqqəti qərərgahı olan İrəvanın müqəddəs Anna kilsəsinə dəvət edib.

    Müşahidəçilərin fikrincə, bu iki hadisə baş nazir Nikol Paşinyanı müxalifətin təzyiqlərinə dözməyib geri addımlar atmağa məcbur olub.