XƏBƏRLƏR / Münaqişə

Ukrayna dronları Ufada neft emalı zavoduna zərbə endirib

Bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb

Ukrayna dronları Ufada neft emalı zavoduna zərbə endirib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün səhər saatlarında Ukrayna Təhlükəsizlik Xidmətinin "A" Xüsusi Əməliyyatlar Mərkəzinin pilotsuz uçuş aparatları (PUA) Ukraynadan 1 400 kilometr məsafədə yerləşən Ufa şəhərindəki (Başqırdıstan Respublikası) "Başneft-UNPZ" neft emalı zavoduna zərbə endirib.

    Bu barədə "İnterfaks-Ukrayna" xüsusi xidmətdəki mənbəyə istinadən məlumat yayıb.

    "Bu, son bir ay ərzində Ukrayna Təhlükəsizlik Xidmətinin Başqırdıstanda - Ukraynadan 1 400 kilometr məsafədə - üçüncü zərbəsidir. Ukrayna Təhlükəsizlik Xidməti istənilən obyektə çata bilər", - mənbə qeyd edib.

    Ufa şəhəri Rusiyanın ən böyük neft emalı mərkəzlərindən biridir və Rusiya Silahlı Qüvvələrini yanacaq və yanacaq-sürtkü materialları ilə təmin edir.