Sülhməramlıların maşın karvanı Laçın yolundan maneəsiz keçdi
Maşın karvanı Xankəndi istiqamətində hərəkət edib
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlılara məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb. Laçın- Xankəndi yolundan maşın karvanı maneəsiz keçid edib. Sülhməramlılara məxsus maşın karvanı 6 yük avtomobilindən ibarət olub. Maşın karvanı Xankəndi istiqamətində hərəkət edib.
Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 39 gündür davam edir.