Rusiya-Ukrayna danışıqlarının formatı hələ müəyyən edilməyib
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib

Rusiya və Ukrayna arasında mayın 15-də İstanbulda keçiriləcək danışıqların konkret formatı hələ müəyyən edilməyib - Türkiyənin xarici işlər naziri Hakan Fidan.
Hakan Fidanın mətbuat xidmətinin təqdim etdiyi videomüsahibədə "Hazırda çoxlu diplomatik gediş-gəliş görürük, bütün tərəflər bir-biri ilə danışıqlar aparır. Danışıqlar sabah İstanbulda planlaşdırılır, formalaşan heyətlər var, formalaşmaqda olan heyətlər var", Fidan deyib.