XƏBƏRLƏR / Münaqişə

İran ABŞ-ın tələblərinə rəğmən öz tələblərini irəli sürdü

Bu tələblər İranın dövlət mediasında səsləndirilib

İran ABŞ-ın tələblərinə rəğmən öz tələblərini irəli sürdü
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İran müharibəni yalnız öz şərtləri yerinə yetirildiyi təqdirdə özünün lazım bildiyi vaxtda bitirəcək.

    Bunu İran televiziyalarında vaxtaşırı diktorlar səsləndirir. 

    Tehran rəsmi olaraq sülh şərtlərini açıqlayıb, yəni:

    - İran düşmənin təcavüzünə son qoyulmasını tələb edir.
    - İran müharibənin təkrarlanmasının qarşısını alan konkret zəmanətlərin yaradılmasını tələb edir.
    - İran aydın bir həll yolu və müharibə zərərinə görə zəmanətli kompensasiya tələb edir.
    - İran bütün müqavimət qruplarına qarşı mübarizə də daxil olmaqla, bütün cəbhələrdə müharibəyə hərtərəfli son qoyulmasını tələb edir.
    - İran Tehranın Hörmüz boğazı üzərində suverenliyinin təbii, qanuni hüququ kimi tanınmasını tələb edir.

    Qeyd edək ki, bu şərtlər Ali Rəhbər, SEPAH, prezident, ya parlament sədri tərəfdən irəli sürüldüyü məlum deyil.