ABŞ və İran arasında danışıqlar davam edir...
Bu barədə ABŞ Prezidenti Donald Tramp yenə bəyanat verib
ABŞ və İran arasında danışıqlar davam edir və Tehran razılaşmaya maraq göstərir.
Bu barədə ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının Nümayəndələr Palatasına seçkilər üzrə komitəsinin təşkil etdiyi ianə toplama tədbirində çıxışı zamanı bildirib.
“Onlar danışıqlarda iştirak edir və çox istəyirlər ki, razılaşma əldə olunsun, lakin bunu açıq şəkildə deməyə çəkinirlər. Çünki onları daxildə öldürə bilərlər, ya da bizim öldürməyimizdən qorxurlar ”, – deyə Tramp qeyd edib.
ABŞ prezidenti əlavə edib ki, Tehran danışıqlar prosesində daha ehtiyatlı davranmağa çalışır.
Trampın sözlərinə görə, hazırkı mərhələdə danışıqlar davam edir və tərəflər arasında mümkün razılaşma ehtimalı qalmaqdadır.
Qeyd edək ki, İran tərəfi Pakistana danışıqlarda iştirak etməyəcəyi barədə məlumat vermişdi.
İranın Pakistandakı səfiri Rza Əmiri Müqəddəm Tehran və Vaşinqton arasında danışıqlar barədə yayılan məlumatları təkzib edib.
"Mənim məlumatıma görə, Trampın iddialarının əksinə olaraq, indiyə qədər heç bir - birbaşa və ya dolayı yolla - danışıqlar aparılmayıb", - deyə o, dövlət xəbər agentliyi IRNA-ya verdiyi müsahibədə bildirib.
1 dəqiqə