Sülhməramlıların 2 avtomobili aksiya ərazisindən keçdi
Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil olunan aksiya davam edir
Bu dəqiqələrdə sülhməramlılara məxsus növbəti iki təminat avtomobilinin Laçından Xankəndi istiqamətinə doğru hərəkətinə şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi təmin olunur. Heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.