İranda yüzlərlə “Bəsic” üzvü öldürülüb
Bu barədə “Iran International” telekanalının xəbər verib
İsrailin son hava hücumları nəticəsində yarıhərbi radikal “Bəsic” qüvvələri arasında ağır itkilərin olduğu açıqlanıb.
“Iran International” telekanalının xəbər verib ki, dünən gecə baş verən hücumlarda təxminən 300 “Bəsic” komandanı və üzvü həlak olub. Bildirilir ki, əsas zərbə yüzlərlə avtomobil və motosikletin saxlanıldığı texniki xidmət bölməsinə endirilib.
Məlumatda qeyd olunur ki, SEPAH-a məxsus Tehrandakı strateji mərkəzlər də hədəf alınıb. Bu hərbi obyektlər arasında “xalq etirazlarının yatırılmasında əsas qüvvə” kimi xarakterizə edilən “Məhəmməd Rəsulullah Korpusu”nun qərargahının da olduğu bildirilir.
1 dəqiqədən az