Odessa və Dneprə hava hücumu olub, ölənlər var
Bu barədə Ukraynanın “Cənub” Müdafiə Qüvvələri məlumat yayıb

Ukraynanın Odessa və Dnepr şəhərlərinə dron və raket hücumu nəticəsində azı 3 nəfər həlak olub.
Bu barədə Ukraynanın “Cənub” Müdafiə Qüvvələri məlumat yayıb.
Məlumata görə, fevralın 22-si axşam saatlarından başlayaraq, Rusiya ordusu Odessa şəhərinə “Şahed” tipli kamikadze pilotsuz uçuş aparatları, həmçinin X-31P və X-22 tipli raketlərlə hücum edib. Şəhərin sahil zolağında müəssisə binası dağılıb və yanğın baş verib. Dağıntılar altından 3 nəfərin cəsədi çıxarılıb.
Dnepropetrovsk vilayət Hərbi Administrasiyasının yaydığı məlumata görə, hava hücumu nəticəsində Dnepr şəhərində çoxmərtəbəli binada dağıntı olub, azı 8 nəfər xəsarət alıb.