XƏBƏRLƏR / Münaqişə

Ermənilər Kəlbəcərdə traktorumuzu atəşə tutdu

Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib

Ermənilər Kəlbəcərdə traktorumuzu atəşə tutdu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyunun 13-ü saat 11:10-da Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində mühəndis işləri görən traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşə tutulub.

    Atəş nəticəsində xəsarət alan olmayıb.

    Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəfin atəş nöqtələri susdurulub.