Ermənilər “Rus sapoqunu Ermənistandan atmaq" istəyirlər
Bir qrup millətçi Rusiya sərhəd qoşunlarının Ermənistandakı baş qərargahı yaxınlığında aksiya keçirib

Bu gün erməni millətçiləri Rusiya sərhəd qoşunlarının Ermənistandakı baş qərargahı yaxınlığında aksiya keçiriblər. Aksiya Ermənistan polis qüvvələrinin nəzarəti altında keçirilib və onlar aksiyanın keçirildiyi yerə çoxlu toplaşıblar.
Etirazçılar “Rus sapoqunu Ermənistandan atacağıq” şüarları səsləndiriblər.
Etirazçılar əllərində “Rusiya işğalçısı, Ermənistandan çıxın”, “Rusiya sülhməramlıları ölüm gətirir”, “Hərbi cinayətkarlar” və s. plakatlar tutublar.