Romada İran-ABŞ danışıqları başlayıb YENİLƏNİB
Bu barədə İran mənbələri məlumat yayıb

16:11
Romada İran və ABŞ arasında nüvə proqramı üzrə danışıqların beşinci raundu başlayıb.
Bu barədə İran mənbələri məlumat yayıb.
Danışıqlar Omanın Romadakı səfirliyində keçirilir.
Qeyd edək ki, İran-ABŞ danışıqlarının əvvəlki raundları İtaliya və Omanda keçirilib.
Danışıqlara İran tərəfdən xarici işlər naziri Abbas Əraqçi, ABŞ-dan isə Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edir.
İran-ABŞ danışıqlarının 4-cü raundundan sonra Stiv Uitkoff bildirib ki, ABŞ İranda uranın bir faiz belə zənginləşdirilməsini qəbul etməyəcək. İran XİN rəhbəri Abbas Əraqçi buna cavab olaraq bildirib ki, razılıq əldə olunub-olunmasa da, uranın zənginləşdirilməsinə dəfələrlə qadağa qoyulmasına baxmayaraq, Tehran bu prosesi davam etdirəcək.
***
11:18
İranın xarici işlər naziri Abbas Əraqçi Omanın vasitəçiliyi ilə ABŞ-la İranın nüvə proqramı üzrə dolayı danışıqların beşinci raundunda iştirak etmək üçün Romaya səfər edib.
Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.