Ukrayna ilə sərhəddə bufer zona yaradılacaq
Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib

Rusiya Ukrayna ilə sərhəddə təhlükəsizlik bufer zonası yaratmaq qərarına gəlib.
Rusiya KİV-i xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə operativ müşavirədə bildirib.
“Sərhəd boyu zəruri təhlükəsizlik bufer zonasının yaradılması barədə qərar qəbul edilib. Hazırda silahlı qüvvələrimiz bu məsələni həll edir”, - o deyib.