İranın XİN rəhbəri Bəşər Əsədlə görüşmək üçün Dəməşqdədir
Abbas Əraqçi Suriya Prezidenti ilə görüşdən sonra Ankaraya gedəcək

Suriya Prezidenti Bəşər Əsəd Dəməşqdə İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.
Suriya Prezidentinin ofisi qeyd edib ki, Əsəd görüşdə ölkədəki mövcud vəziyyət fonunda Suriyada terrorizmlə mübarizədə müttəfiqlərin dəstəklənməsinin vacibliyini qeyd edib.
Suriya Prezidenti İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşündə bildirib ki, Suriya xalqı son illərdə terrorun bütün formalarına qarşı çıxıb və bu gün onun kökünü kəsmək üçün əvvəlkindən daha əzmkardır.