XƏBƏRLƏR / Münaqişə

Ermənilər Tovuz istiqamətində təxribat törətdilər

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb

Ermənilər Tovuz istiqamətində təxribat törətdilər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyulun 25-də saat 10:55 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb.