Əməliyyatlardan sonra hakimiyyət İran xalqına veriləcək
ABŞ Prezidenti Donald Tramp İran xalqına müraciət edib
ABŞ Prezidenti Donald Tramp İran xalqına müraciət edib.
O, İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlar başa çatdıqdan sonra hökumətin İran xalqına təhvil veriləcəyini deyib.
“Çox güman ki, bu, sizin yeganə şansınız olacaq. Sizə istədiyinizi verən bir ABŞ Prezidenti var. İndi hərəkətə keçmək vaxtıdır”, - Tramp qeyd edib.
Tramp İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) silahı yerə qoymağa çağırıb.
ABŞ Prezidenti belə olacağı təqdirdə, onlarla ədalətli şəkildə rəftar ediləcəyini bildirib.
“Əks təqdirdə, onlar qəti ölümlə üzləşəcəklər”, - ABŞ lideri vurğulayıb.
Tramp ABŞ qüvvələrinin də itkilərlə üzləşə biləcəyini əlavə edib.
1 dəqiqədən az