XƏBƏRLƏR / Münaqişə

İran qonşu ölkələrə raket zərbələri endirir YENİLƏNİR

Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb

İran qonşu ölkələrə raket zərbələri endirir YENİLƏNİR
  • Oxuma müddəti:

    2 dəqiqə

  • İran indiyədək İsraildən başqa Bəhreyni, Qatarı, BƏƏ və İordaniya ərazilərinə raket zərbəsi endirib.

    İran zərbələr ABŞ hərbi bazalarına endirilməsi haqda bəyanat verir.

    Səudiyə Ərəbistanı və Türkiyənin İncillik bazasına zərbələr haqda ziddiyətli xəbərlər dolaşır.

    ***

    İran Ali Milli Təhlükəsizlik Şurasının müraciyəti:

    İran İslam Respublikası hökuməti artıq bütün ictimai ehtiyacları ödəmək üçün lazımi tədbirləri görüb və zəruri malların təchizatı ilə bağlı narahat olmağa heç bir səbəb yoxdur.

    Məktəblər və universitetlər növbəti xəbərdarlığa qədər bağlı qalacaq. Banklar İranın nəcib xalqına xidmət göstərməyə davam edəcək. Dövlət qurumları müvəqqəti olaraq 50% güclə işləyəcək.

    Düşmən inanır ki, səbatlı İran xalqı qorxaq tədbirlərlə onun kiçik tələblərinə boyun əyəcək. İran İslam Respublikasının Silahlı Qüvvələri bu düşmənçilik hərəkətlərinə qətiyyətli cavab verib və əziz xalqı hadisələrdən xəbərdar edəcək.

    ***

    Təl-Əvivdə partlayışlar barədə məlumat verilir.

    ***

    İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə qarşı raket və dron hücumlarının başladıldığını elan edib.

    İran mediası xəbər verir ki, SEPAH bununla bağlı bəyanat yayıb.

    Bəyanatda qeyd olunub ki, “düşmənin İran İslam Respublikasına təcavüzünə cavab olaraq, raket və dron hücumlarının ilk dalğası başlayıb”.

    ***

    İrandan İsrailə raket hücumlarının üçüncü dalğası qeydə alınıb.

    ***

    İrandan İsrailə yeni raket dalğası müşahidə olunub.

    Bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) məlumat yayıb.

    "Hazırda İsrailin havadan müdafiə sistemləri təhdidləri müəyyənləşdirmək və zərərsizləşdirməklə məşğuldur", - məlumatda vurğulanıb.

    ***

    İran İsrailə raket zərbələri endirib.

    Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

    “Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri İrandan İsrail dövlətinin ərazisinə atılan raketləri aşkar edib”, - məlumatda deyilir.

    NourNews xəbər verir ki, İran İsrailə onlarla raket atıb.