Gədəbəydə əhali ilə polisin qarşıdurması FOTO
Yerli əhalinin torpaq sahələrinin iri məmurlar tərəfindən zəbt edilməsi ilə bağlı etiraz aksiyası keçirilib
İyunun 20-də Gədəbəy rayonunun Söyüdli kəndinin sakinləri yerli əhalinin torpaq sahələrinin iri məmurlar tərəfindən zəbt edilməsi ilə bağlı etiraz aksiyası keçiriblər.
Yerli mənbələr bildiriblər ki, polis gözyaşardıcı qazdan istifadə edərək aksiyanı dağıdıb.
Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Turan"a bildiriblər ki, iyunun 20-də günorta Gədəbəy rayonu Söyüdlü kəndinin bir qrup sakini süni su anbarının tikintisinə qanunsuz müdaxilə edib.
"Polis əməkdaşlarının qanuna əməl etməyən şəxslərlə profilaktik söhbətindən sonra onlar ərazidən kənarlaşdırılıb. Araşdırma aparılır", - Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.