Misir Qəzza zolağından olan qaçqınlar üçün Fələstinin Rəfah yaşayış məntəqəsində düşərgələrin yaradılmasını təklif edib.
Bu barədə “Al Araby Al Jadeed” qəzeti məlumat yayıb.
Düşərgələr Misirlə sərhəddən 3 kilometr aralıda yerləşəcək və onların fəaliyyətinə Qahirədən nəzarət ediləcək. Misir hakimiyyəti Qəzza zolağının şimalından qaçaraq Fələstin ərazisində düşərgələrə gələn məcburi köçkünlərə təcili yardım göstərməyi planlaşdırır.
Çünki onlar qəzzalı qaçqınların Sinay yarımadasına göndərilməsinin qəti əleyhinədirlər.
Qeyd edək ki, 7 oktyabrda başlanan Fələstin-İsrail qarşıdurması davam etməkdədir. Hər iki tərəfdən minlərlə insan həyatını itirib.