XƏBƏRLƏR / Münaqişə

Şimali Koreya Yapon dənizi istiqamətində raket buraxıb

Bu barədə "Yonhap" agentliyi məlumat yayıb

Şimali Koreya Yapon dənizi istiqamətində raket buraxıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizi istiqamətində ballistik raket buraxıb.

    Bu barədə "Yonhap" agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla məlumat yayıb. Yaponiyanın Müdafiə Nazirliyi də KXDR-in ballistik raket buraxdığını ehtimal edir. Hələlik raketin xarakteristikası və uçuş detalları barədə məlumat yoxdur.

    Qeyd edək ki, bir neçə gün əvvəl Cənubi Koreya rəsmiləri KXDR-in qitələrarası ballistik raket buraxmağa hazırlaşması barədə kəşfiyyat məlumatını açıqlayıb. Dekabrın 17-də səhər saatlarında ABŞ-ın “USS Missouri” atom sualtı qayığı Şimali Koreyanın ehtimal olunan qitələrarası ballistik raket buraxılışı ilə əlaqədar narahatlıq fonunda müttəfiqi Cənubi Koreyaya dəstək məqsədilə Busan şəhərindəki hərbi dəniz bazasına çatıb. Təxminən 3 həftə əvvəl isə ABŞ-ın “USS Santa Fe” atom sualtı qayığı Cənubi Koreyanın Cecu adasındakı hərbi dəniz bazasına gəlib.