XƏBƏRLƏR / Münaqişə

HƏMAS daha üç girovu azad edib VİDEO / YENİLƏNİR

Bu barədə Qərb mətbuatı məlumat yayıb

HƏMAS daha üç girovu azad edib VİDEO / YENİLƏNİR
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:30

    HƏMAS İsrail ilə mübadilə razılaşması çərçivəsində daha 3 girovu təhvil verib.

    Bu barədə Qərb mediası məlumat yayıb.

    Məlumata görə, Ömər Şem Tov, Eliya Koen və Ömər Venkertı Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verilib.

    Qeyd edək ki, proses Qəzzanın Nuseyrat bölgəsində baş tutub.

    Razılaşmaya əsasən, bu gün 6 girov İsrailə təhvil verilməlidir.

    Rəsmi məlumata görə, bu gün azad edilməli olan altıncı girov Hişam əl-Sayed Qəzza şəhərində BQXK-ya təhvil veriləcək.

    ***

    12:27

    HƏMAS İsraillə 7-ci mübadilə razılaşması çərçivəsində iki girovu təhvil verib.

    Bu barədə Qərb mətbuatı məlumat yayıb.

    İsrailli girovlar Tal Şoham və Avera Mengistu Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verilib.

    VİDEO

    Proses Rəfahda baş tutub..

    Qeyd edək ki, razılaşmaya əsasən, bu gün 6 girov İsrailə təhvil verilməlidir.

    İsrail isə 602 məhbusu azad etməyi planlaşdırır.