XƏBƏRLƏR / Münaqişə

İran XİN ABŞ-ı Haniyənin qətlində “ortaq” adlandırıb

İran Xarici İşlər Nazirliyi bu barədə bəyanat yayıb

İran XİN ABŞ-ı Haniyənin qətlində “ortaq” adlandırıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran Xarici İşlər Nazirliyi ABŞ-ı Fələstinin HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsində “ortaq” adlandırıb.

    İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “XİN ABŞ hökumətinin bu mənfur terror aktının törədilməsində və sionist rejimin fələstinlilərin işğalı və soyqırımını davam etdirməsində şərik kimi məsuliyyətini vurğulayır”.

    Xatırladaq ki, ABŞ-ın Dövlət katibi Antoni Blinken Haniyənin qətlə yetirilməsində Birləşmiş Ştatların əlinin olmaması haqda bəyanat vermişdi.